AZ

Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsi həbs olundu

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, söhbət Quru Qoşunların mühasibi Alı İsrayıl oğlu Əliyevdən gedir.
Belə ki, o, qulluqda olarkən digər vəzifəli şəxslərlə əlbir olaraq pul müqabilində hərbi qulluqçuların xidməti yerlərinin dəyişdirilməsini təşkil etməkdə və başqa cinayət əməllərini törətməkdə ittiham olunur.
Buna görə də Cinayət Məcəlləsinin 311-ci maddəsinin müxtəlif bəndləri ilə Hərbi Prokurorluğun İstintaq İdarəsi tərəfindən ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Məlumat Hərbi Prokurorluqdan təsdiq edilib.
Qeyd edək ki, Alı Əliyev nazirlikdə “Dayı” ləqəbi ilə tanınırdı.

Seçilən
90
39
paralel.az

10Mənbələr