AZ

Dünyanın ən qədim avtomobili: keçən il texniki baxışdan keçib

2023-cü ildə dünyanın ən qədim avtomobili texniki baxışdan keçib, lakin o, hələ ki ictimai yollara buraxılmayacaq.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, avtomobilin artıq yüz ildən çox yaşı var və buna görə də nadir hallarda Aşağı Saksoniyadakı (Almaniya) Eynbek muzeyindən çıxarılır.

Ən qədim maşın

Söhbət Benz Victoria No 99 avtomobilindən gedir.

O, 1894-cü ildə yığılıb, 2023-cü ildə isə “Augsburger Allgemeine”nin səhifələrində bildirildiyi kimi texniki baxışdan keçib.

Sürücülərin dediyi kimi, avtomobil texniki baxışdan “keçib” və iki il müddətinə yol hərəkətində iştirak etmək icazəsi verilib.

Onu da qeyd etmək yerinə düşər ki, nəqliyyat vasitəsi hələ də qeydiyyatdadır və təkcə adı çəkilən muzeydə eksponat kimi qeyd olunur.

Bununla belə, Benz Victoria No. 99 avtomobil yollarında sürmək qadağandır.

3 litr həcmli və bir silindrli nadir mühərrik sadəcə 27 km/saatdan çox sürəti yığmaq iqtidarında deyil.

Nyu-Yorkdan olan qızılı Rottweiler Finlinin niyə Ginnesin Rekordlar Kitabına düşməsi daha əvvəl məlum olub.


 

Seçilən
273
2
lent.az

10Mənbələr