AZ

Araz Ağalarov terrorçuların zala necə daxil olduğunu açıqladı - VİDEO

“Crocus City Hall”un sahibi Araz Ağalarov yeni açıqlaması ilə diqqət çəkib.

İş adamı ötən gün konsert zalında törədilmiş terror aktının detalları barədə danışıb.

Yenisabah.az xəbər verir ki, Rusiyanın RBK kanalına açıqlama verən Ağalarov terrorçuların zala necə daxil olduğunu açıqlayıb: 

“Deyildiyi kimi, son 20 ildə belə bir hadisə olmayıb. Terrorçular zala qapıdan deyil, qonşu sərgi mərkəzinin pəncərəsindən daxil olublar.

Avtomatlarla gördükləri hər şeyə atəş açmağa başlayıblar, bütün insanlara, mühafizəçilərə... Bir mühafizəçi həlak olub, digəri yaralıdır”.

 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
172
1
yenisabah.az

6Mənbələr