AZ

Bu məşhurun adından dələduzluq

Müğənni Sevda Yahyayevanın adından dələduzluq edilir.Missiya.Az xəbər verir ki, o bu barədə sosial media hesabında paylaşım edib.“Mənim dəyərli izləyicilərim, əzizlərim! Bu və bu tipli paylaşımlara, kələkbazlara aldanmayın. Əgər sizdən kart və ya başqa şəxsi məlumatlar istəyirlərsə, bilin ki, bu, adımdan istifadə olunan bir fırıldaqdır. Mən heç bir sosial hesabımda bu tipli paylaşımlar etməmişəm. Eyni zamanda bu cür paylaşımların altında güya ki, “Biz qazandıq, sən də qoşul və qazan” kimi şərhlər həqiqətə uyğun deyil. Diqqətli olmağınızı rica edirəm və sizi çox sevirəm”, - deyə, o, qeyd edib.Zərintac MayisqızıMissiya.Az

Seçilən
309
18
missiya.az

10Mənbələr