AZ

"Neftçi" ordu komandasından güclü oldu, lider növbəti qələbəsini qazandı

Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.

Sportinfo.az xəbər verir ki, Yüksək Liqada iki görüş baş tutub.

İlk olaraq “Murov Az Terminal” klubunun idman zalında MOİK və “Neftçi” üz-üzə gəlib. Oyun Pərviz Səmədovun yetirmələrinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Növbəti oyun isə “Azərreyl” və “Murov Az Terminal” klubları arasında olub. GİN-in Voleybol Mərkəzində təşkil olunan bu qarşılaşmada “Murov Az Terminal” 3:0 hesabı ilə qələbə qazanıb.

Beləliklə, “Azərreyl” 41 xalla (14 qələbə) turnir cədvəlində liderlik edir.

“Murov Az Terminal”ın 34 xalı (12 qələbə), “Neftçi”nin 25 (8 qələbə), “Xarı Bülbül Şuşa”nın 16 (5 qələbə), “Xarı Bülbül Laçın”ın 4 xalı (1 qələbə) var. MOİK-in isə qələbəsi və xalı yoxdur.

MOİK – “Neftçi” 0:3 (15:25, 23:25, 17:25)

“Azərreyl” – “Murov Az Terminal” 0:3 (22:25, 22:25, 22:25)

Seçilən
78
32
Mənbələr
Şərh ()
Bağla