AZ

Sabah 20 dərəcə isti olacaq

Martın 29-da havanın yağmursuz keçəcəyi gözlənilir.

Yenisabah.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacaq.


Telegram kanalımız
Seçilən
143
49
Mənbələr
Şərh ()
Bağla