AZ

Şekspirin gizli bacısının olduğu ortaya çıxdı

Ədəbiyyat tarixində iz qoymuş XVI əsr ingilis şairi Uilyam Şekspirin naməlum bacısının olduğu açıqlanıb.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə İngiltərənin Bristol Universitetində aparılan tədqiqatın nəticələri dərc olunub. Beləki, Şekspirin atası tərəfindən yazıldığı düşünülən uzun müddətdir itən sənədin əslində ondan beş yaş kiçik olan bacısı Coan tərəfindən yazıldığı iddia edilir. Professor Metyu Steql “Coanın heç bir şəkli yoxdur, sadəcə onun sağ ikən adını daşıyan yeddi kağız parçası var. Ancaq bunun mövcudluğuna heç bir şübhə yoxdur” deyib. Steqlin araşdırmasında qeyd olunub ki, Coan yoxsul bir tacirlə evləndikdən sonra soyadı Hart olaraq dəyişib. Onun 4 uşaq dünyaya gətirdiyi və qardaşından 30 il daha çox yaşadığı bildirilib. Əfsanə Rəcəb

Manşet.az

phrase_var_article.chosen
20
27
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close