AZ

Hollandiyalı irqçi “Qurani-Kərim”i hədəf aldı

Hollandiyanın Arnhem şəhərində “Vətənpərvər Avropalılar Qərbin İslamlaşmasına Qarşı” (PEGIDA) adlı irqçi qrupun lideri Edvin Vaqensveld “Qurani-Kərim”ə etdiyi çirkin hücuma görə saxlanılıb.   Manset.az-ın xarici mediaya istinadən xəbər verir ki, o, şəhərə giriş qadağasına etiraz üçün gəldiyi məhkəmədə “Qurani-Kərim”i hədəf alıb. Daha əvvəl “Qurani-Kərimə” etdiyi hücumlara görə 6 ay müddətinə şəhərə girişi qadağan edilən Vaqensveld təxribat xarakterli hərəkətindən sonra saxlanılıb. Polis onun nə vaxt sərbəst buraxılacağını açıqlamayıb. Əfsanə Rəcəb

Manşet.az

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla