AZ

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201070080 ISIN-li, 150 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 21 investor tərəfindən qiymət intervalı 95.0600 (8.7458%) manat və 97.2614 (7.50%) manat olan 41 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.3701 (8.00%) manat, orta ölçülmüş qiyməti isə 96.5045(7.9242%) manat müəyyən edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 221,373,100 manat, yerləşdirilmiş həcmi isə 86,078,000 manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 27.03.2026-cı ildir.

Hərrac iştirakçıları 1 aprel 2024-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Fuad Mədətov
Fins.az

Seçilən
161
3
Mənbələr
Şərh ()
Bağla