“Əl-Hilal”ın hücumçusu Neymar “Barselona”ya qayıtmaq istəyir. Manset.az sport.es-ə istinadən xəbər verir ki, futbolçu sağaldıqdan sonra keçmiş komandasına qayıtmağı düşünür. Ancaq klublar müqavilə üçün hələki danışıqlara başlamayıb. Qeyd edək ki, brazilyalı futbolçu 2013-2017-ci illərdə “Barselona"da çıxış edib.
Neymar “Əl-Hilal”ın heyətində iştirak etdiyi 5 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.