AZ

Bakıda MDB-nin toplantısı keçiriləcək

Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Sergey Lebedev MDB-nin işində fəal iştirakına görə Azərbaycan rəhbərliyinə, müvafiq qurumlara, nazirliklərə və idarələrə təşəkkürünü bildirib.   Manset.az xəbər verir ki, S. Lebedev qeyd edib: “Azərbaycan Baş nazirin birinci müavini Yaqub Eyyubovun qismində həm iqtisadi, həm də humanitar sahədə MDB-nin fəaliyyətində aktiv iştirak edir. Mayın əvvəlində Bakıda mühüm tədbir - “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.

MDB İcraiyyə Komitəsindən foruma nümayəndə heyəti yola düşəcək. MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurası (MDB İnformasiya Şurası) da Bakıda toplaşacaq. Mən həm Azərbaycan rəhbərliyinə, həm də aidiyyəti qurumlara, nazirliklərə və idarələrə MDB-nin işində fəal iştiraka görə çox minnətdaram”.

Seçilən
13
6
Mənbələr
Şərh ()
Bağla