AZ

Tarixi rekord qırıldı: Əfsanə "kral"ı taxtdan saldı

"Los Anceles Leykers"in hücumçusu Lebron Ceyms Milli Basketbol Assosiasiyasında (MBA) yeni rekordunu müəyyənləşdirib.

Publika.az xəbər verir ki, 39 yaşlı əfsanə turnirdə ümumilikdə 672 oyun keçirib. O, buna "Broklin Nets" ilə müntəzəm mövsüm matçında (116:104) meydana çıxmaqla nail olub.

O, uzun illər bu göstəricidə lider olan basketbol əfsanəsi Maykl Cordanı taxtdan salıb. Sabiq rekordsmen MBA-da 671 oyunda iştirak edib. "İlk üçlüy"ü başqa bir məşhur oyunçu Uilt Çemberlen (557) tamamlayır.

Seçilən
336
10
publika.az

10Mənbələr