"Bu il uşaq pulu verilməyəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirib. Onun sözlərinə görə, bu istiqamətdə cəmiyyətdə müəyyən çağırışlar səslənir:
"Amma hələlik bu məsələ hökumətin gündəliyində yoxdur. Bir iqtisadçı olaraq, uşaq pulunun əlehinəyəm. Uşaqpulu kütləvi şəkildə bütün ailələrə verilir. Onların arasında varlı, orta səviyyədə olan və kasıb uşaq da var".
Xalid Kərimli hesab edir ki, əsas məqam ehtiyacı olan ailələrə ünvanlı sosial yardımın daha yaxşı çatdırılması məsələsidir:
"Uşaq puluna gəlincə, Azərbaycanda əhalinin təbii artımı var. Əhalinin strukturunda gənclərin payı çoxdur. Uşaq pulunu o dövlətlər verir ki, orada təbii artım yoxdur. Azalma var, əhalinin yaş strukturu pisləşir. Əhalinin minimum əmək haqqının artırılması məsələsinə baxıla bilər. Bu il minimum əmək haqqı artırılmadı. İkincisi, sosial ödənişlərin genişləndirilməsi məsələsi müzakirə predmetidir. Məsələn, ailələr var ki, maşını, adında torpağı var, amma sosial ödəniş ala bilmir. Bunlar müzakirə olunmalıdır. Uşaqla yanaşı böyük də yeməlidir. Böyük pul tapmır, gedir oğurluq edir, əl açıb dilənçilik edir".
Bahar Rüstəmli