AZ

Qızılın qiyməti rekord həddə çatdı

"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) ticarət zamanı qızılın qiyməti yeni tarixi maksimuma çatıb.

Publika.az xəbər verir ki, bunu ticarət platformasının saytındakı məlumatlar sübut edir.

Bakı vaxtı ilə saat 23:54-ə olan məlumata görə, qiymətli metalın qiyməti 1 troy unsiyası üçün 2300,2 dollar (+1,23%) təşkil edib. Bakə vaxtı ilə saat 23:57-yə olan məlumata görə, qızılın qiyməti bir unsiya üçün 2298 dollara (+1,15%) enib.

Xatırladaq ki, martın 21-də də qızıl qiymətləri yeni tarixi rekorda imza atıb. Birjada qiymətli metalın qiyməti ilk dəfə olaraq 1 troy unsiyası üçün 2200 dolları ötüb.

Bundan əvvəlki rekord martın 7-də qeydə alınıb. Sonra qızıl troy unsiyası üçün 2160 dollar həddini keçib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
218
2
publika.az

4Mənbələr