AZ

"Liverpul"un keçmiş futbolçusunun qeyri-adi biznesləri

"Liverpul"un futbolçusu Daniel Agger bir neçə il əvvəl idmandan ayrılıb. Danimarka millisinin keçmiş oyunçusu özünü yeni rolda tapıb.

Publika.az xəbər verir ki, 2006-cı ildə Agger "Brondyu"nu "Liverpul"a dəyişib. O, 8 il İngiltərə klubunda çıxış edib. Bu müddət ərzində 232 oyun keçirib, 14 qol vurub və 11 məhsuldar ötürmə edib. "Qırmızılar"dan ayrıldıqdan sonra yenidən doğma klubuna qayıdıb. Burada iki mövsüm keçirib.

2016-cı ildə səhhətində yaşanan problemlər onu futbolçu karyerasını başa vurmağa məcbur edib. Agger bundan sonra İspaniyaya yollanıb. "Daily Mail"inin məlumatına görə, "Liverpul"un keçmiş müdafiəçisi həyat yoldaşı ilə birlikdə Marbelyada məskunlaşıb.

Eyni zamanda, danimarkalı "KloAgger" kanalizasiya şirkətini idarə edib. Məşhur futbolçuya məxsus şirkət əsasən Danimarkanın kiçik "Hvidovre" şəhəri ərazisində fəaliyyət göstərsə də, çox gəlirli olub. 2019-cu ildə ümumi gəlir təxminən 450 min funt sterlinq təşkil edib.

Ancaq bir neçə ildən sonra Agger biznesini satmaq qərarına gəlib. Onun bu satışdan nə qədər qazandığı açıqlamayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
164
40
publika.az

10Mənbələr