AZ

“Formula-1” yarışlarına ayrılan pullarn yeyintisi... - Cinayət işində mərhum nazir oğlunun da adı çəkilir

“Formula-1” yarışlarının təşkili zamanı 400 min manata yaxın yeyintidə təqsirləndirilən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BCCOC) keçmiş şöbə müdiri Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Çingiz Mehdiyevə qarşı külli miqdarda mənimsəmə ittihamı üzrə araşdırmalar başlayıb.

Məhkəmənin ilkin iclasında qərar verilib ki, sabiq şöbə müdiri istintaq müddətində olduğu kimi, məhkəmə prosesi gedən dövrdə də həbs olunmasın. Onun haqqında polis nəzarətinə vermə qətimkan tədbiri qüvvədə saxlanılıb.

Bu cinayət işinin məhkəmə baxışına verilib araşdırılması məsələsi müzakirəyə çıxarılanda Çingiz Mehdiyevin vəkili bildirib ki, müvəkkili özünü təqsirli bilmir. Vəkil deyib ki, onlar ittihamların heç birini qəbul etmirlər.

Qeyd edək ki, 2016-2018-ci illərdə “Formula-1” yarışlarının təşkilində 397 min manatdan artıq vəsaitin yeyintisindən bəhs olunur. Yarışların təşkilində müxtəlif avadanlıqların, geyimlərin qiymətləri artıq göstərilib və nəticədə lazım olduğundan daha çox vəsait ayrılıb.

Çingiz Mehdiyev bu üsulla vəsaitləri ələ keçirməkdə təqsirləndirilir. Ona həm də cinayət yoluyla əldə olunmuş vəsaitlərin mənimsənilməsi ittihamı verilib.

Keçmiş şöbə müdiri həmin vəsaitləri Seyşel adalarında anası Leyla Əliyevanın adına açdığı şirkətin və ailə sürücüsü Mais Abdullayevin hesablarına köçürüb.

İttihama görə, yarışların təşkili üçün avadanlıqların alınması, xidmətlərin göstərilməsi adıyla anasının şirkəti və sürücüsüylə müqavilələr bağlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
2
publika.az

5Mənbələr