AZ

Ramazan nağaraçısını küçə heyvanları müşayiət edir - FOTOLAR

Samsunun Havza bölgəsində simit sataraq və gündəlik işlərdə çalışaraq dolanışığını təmin edən Kamal Akaydın hər il Ramazan ayında nağara çalır. Akaydın heyvansevərdir. SİA xarici mətbuata istinadən xəbər verir ki, gündüz bəslədiyi sahibsiz heyvanlar gecə nağara səsini eşidəndə ətrafına yığışaraq böyük izdiham yaradır və sahurda onu tək qoymurlar.

Kemal Akaydın Havzada qurduqları heyvansevər platformanın üzvü olduğunu ifadə edərək, “Havzada sahibsiz heyvanlara kömək etmək üçün könüllü heyvansevərlərin qurduğu kiçik bir qrupun üzvüyəm. Biz heç bir dərnək və vəqflə bağlı deyilik, rəsmi qurumda deyilik, öz imkanlarımızla rayonda ehtiyacı olan və yaralı heyvanları müalicə edir, eyni zamanda marketlərdən, restoranlardan və s. qrup üzvlərimizin öz imkanları ilə aldıqları yeməkləri sosial media vasitəsilə bizə çatdıran vətəndaşlarımız sayəsində heyvanlarımızın yemlənməsini mütəmadi olaraq edirik. Gündüz bəslədiyimiz küçə heyvanları Ramazan ayının başlaması ilə yanımdan ayrılmır və məni müşayiət edir. Havza deyib: ""Sokak Patileri" hesabımıza yüklədiyimiz bir video çox bəyənildi. Biz küçə canlılarını, küçə canlıları isə bizi sevir" dedi.

Müəllif: Söylü Ağazadə
Seçilən
127
sia.az

1Mənbələr