AZ

Mariya Stadnik Olimpiadaya vəsiqə qazana bilmədi

Azərbaycanın daha bir qadın güləşçisi Mariya Stadnik (50 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməyib.

35 yaşlı idmançı Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinin yarımfinalında məğlub olub.

Onqat Avropa və ikiqat dünya çempionu olimpiadaya lisenziya yolunda ukraynalı Oksana Livaça uduzub. 26 yaşlı Avropa çempionu təmsilçimiz üzərində 4:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, daha əvvəl Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (57 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) təsnifat mərhələsində məğlub olaraq mübarizəni dayandırıblar. (Report)

Seçilən
323
6
musavat.com

10Mənbələr