Aprelin 8-də Şimali Amerika qitəsində baş verən tam Günəş tutulması bir çox insanda qorxuya səbəb olub. Belə ki, sosial şəbəkələrdə Günəş tutulması ilə yer qabığının təsirlənəcəyi və çatların qırılacağı iddia olunub.
Sfera.az xəbər verir ki, müzakirələrə səbəb 11 avqust 1999-cu ildə baş verən və Türkiyənin bir çox şəhərlərindən müşahidə edilən Günəş tutulması ilə bağlıdır.
Bu tarixdən 6 gün sonra mərkəzi Gölcükdə olan böyük zəlzələdə 20 mindən çox insan həyatını itirib. Bəziləri zəlzələnin tutulmadan təsirləndiyini düşünüb. 25 il sonra yenə eyni şayiələr yayılmağa başlayıb.
Bəs doğrudan da Günəş tutulması zəlzələyə səbəb ola bilərmi?
Statistik olaraq, Günəş tutulmasından sonra zəlzələ ehtimalı son dərəcə aşağıdır. 7 bal və daha yüksək zəlzələ üçün enerji 200-ə qədər yığılmalıdır. Bunun üçün də uzun müddət lazımdır. Alimlərin fikrincə, nə ay, nə də günəş tutulması zəlzələyə səbəb ola bilər.
Qeyd edək ki, Yaponiyada 2011-ci ildə baş verən böyük zəlzələdən əvvəl və ya sonra Günəş tutulması olmayıb. Beləliklə, Günəş tutulması ilə zəlzələ arasında heç bir əlaqə yoxdur.
NASA-nın məlumatına görə, 2044-cü ilə qədər Birləşmiş Ştatlardan görünən başqa tam Günəş tutulması olmayacaq.
Firuzə Əliyeva