AZ

Fahrettin Koca Antalyadakı qəzada ölən və yaralananların sayını açıqlayıb

Türkiyənin Antalya şəhərində axşam saatlarında baş vermiş funikulyor qəzasında bir nəfər ölüb, 10 nəfər yaralanıb.



NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca sosial şəbəkədə açıqlayıb.
“Antalyanın Konyaaltı rayonunda funikulyor kabinəsinin düşməsi nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb. Qəza ilə əlaqədar 6-sı ambulans və 2-si UMKE komandası (Milli Tibbi Xilasetmə Komandası – red.) olmaqla, ümumilikdə 24 nəfərlik tibbi briqada təyin edilib. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanalara çatdırılaraq müalicələrinə başlanılıb, onların həyati təhlükəsi yoxdur. Hadisə nəticəsində digər 29 funikulyor kabinəsində köməksiz qalan 184 nəfərdən 30-u mütəxəssis qruplar tərəfindən xilas edilib, xilasetmə işləri davam etdirilir”, – o qeyd edib.
Xatırladaq ki, yerli vaxtla saat 17:30 (Bakı vaxtı ilə 18:30) radələrində Antalyada funikulyor xəttini daşıyan dirəklərdən birinin aşması nəticəsində kabinələrdən biri qayalığa düşüb. Daha öncə Türkiyə KİV hadisədə bir nəfərin öldüyünü, yeddi nəfərin yaralandığını bildirmişdi.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Seçilən
155
1
nuhcixan.az

10Mənbələr