Almaniyada heyvandarlıq kompleksində baş verən yanğında 20 minə yaxın donuz ölüb.
"Ölkə.az" xəbər verir ki, yanğın cümə günü axşam saatlarında baş verib.
Binde (Saksoniya-Anhalt) icmasına 150-yə yaxın yanğınsöndürən cəlb olunub və onlar yanğını söndürüb. Lakin donuzların çoxunu xilas etmək mümkün olmayıb.
Heyvandarlıq kompleksində ümumilikdə 64 min donuz olub. Yanğın zamanı qapılar açıldığı üçün bəzi heyvanlar çölə qaçıb. İlkin məlumatlara görə, kompleksdəki donuzların demək 1/3-i ölüb.
Yanğının səbəbi hələ bəlli deyil. Zərər ən azı bir milyon avro qiymətləndirilir.(Qaynarinfo)