AZ

İranın Türkiyədəki səfiri: “Tehran eskalasiyaya can atmır”

“Tehran regionda eskalasiyaya can atmır, İsrailə qarşı əməliyyatdan sonra məsələ bağlanıb”.

KONKRET.az xəbər verir ki, bu sözləri İranın Türkiyədəki səfiri Məhəmməd Həsən Həbibullahzadə deyib.

Onun sözlərinə görə, Tehranın zərbəsi yalnız İranın Dəməşqdəki konsulluğuna “terror hücumu” zamanı istifadə olunan hərbi hədəflərə yönəlib.

Səfir əlavə edib ki, İran silahlı qüvvələri iqtisadi mərkəzlərə və mülki yaşayış məntəqələrinə zərbə endirməyib və bu əməliyyatın məqsədi qarşı tərəfə aydın siqnal göndərmək olub.

“İran regionda münaqişəni gərginləşdirməyə çalışmır. Buna görə də əməliyyatdan sonra İran bəyan etdi ki, bu məsələ onun üçün bağlanıb, lakin sionist rejim əks tədbirlər görsə, reaksiyası çevik və hərtərəfli olacaq”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Seçilən
80
konkret.az

1Mənbələr