Oğuz rayonunun Yenikənd kəndinin yolları yararsız vəziyyətə düşüb.Bu barədə “Report”a kənd sakinləri məlumat veriblər.Onların sözlərinə görə, kənddə yaşayan 600 nəfərdən artıq sakin uzun illərdir ki bu çətin vəziyyətlə üz-üzədir. Kənd yolunun böyük bir hissəsində irili-xırdalı çalalar əmələ gəlib.“Yağış yağdıqda qonşu Yaqublu kəndindən Yenikənd kəndinə qədər olan 1,5 kilometrlik məsafə keçilməz olur. Yaqublu kəndinin 800 nəfər sakinini də nəzərə alsaq, bu yoldan ümumilikdə 1500 nəfər istifadə edir”, - deyə sakinlər qeyd ediblər. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, sözügedən yol təmirə ehtiyacı olan yolların siyahısına daxil edilib.“Maliyyə vəsaiti ayrılan kimi həmin yolun agentlik tərəfindən təmir işləri həyata keçiriləcək”, - deyə o vurğulayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta