ABŞ-ın Kiyevə yardımı cəbhədə vəziyyətin inkişafının nəticələrinə təsir göstərmək iqtidarında deyil.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu bəyanatla aprelin 18-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib.
Jurnalistlərin ABŞ-ın Kiyevə maliyyə yardımı göstərilməsi ilə bağlı yeni qanun layihəsini şərh etmək istəyinə cavab verən Peskov cəbhədəki vəziyyətin Ukrayna üçün əlverişsiz olaraq qaldığını vurğulayıb.
“Bütün mütəxəssislər indi cəbhədəki vəziyyəti aydın şəkildə görürlər. Bu vəziyyət Ukrayna tərəfi üçün heç də əlverişli deyil. Ona görə də belə yardımlar heç nə dəyişə bilməz”, - deyə Peskov yekunlaşdırıb.