AZ

"Effektiv siyasətlə Rusiya qarşısında sülhməramlı qüvvələrin vaxtından öncə çıxarılması zərurəti yarandı"

"Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxması gözlənilirdi. Birincisi, bu prosesin icrası da Azərbaycanın dövlət siyasətinin bir addımı sayılmaqdadır. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev dəfələrlə bununla bağlı öz fikrini bildirərək demişdir ki, Rusiyanın sülhməramlı qüvvələri 2025-ci ilə qədər sülhməramlı missiyasını daşıyacaqdır. Bu yanaşma həm də hüquqi sənəd olaraq “üçtərəfli” bəyannamədə qeyd edilmişdi. Bu müddətin uzadılması və digər məsələlərin həmin bəyannamədə mexanizmi müəyyənləşdirilmişdir". Bu barədə Bizimyol.info xəbər portalına hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov hesab edir ki, Rusiyanın bu gün bitmə vaxtından öncə çıxıb getməsi birinci növbədə Azərbaycan dövlətinin bu məsələdə tutduğu düzgün mövqeyin nəticəsidir və Azərbaycan diplomatiyasının nəticəsidir. Azərbaycan dövləti zərgərlik dəqiqliyi ilə Qarabağ iqtisadi rayonu ilə və sülhməramlı qüvvələrlə bağlı bütün prosesləri ölçüb, biçib və şübhəsiz ki, effektiv nəticəyə köklənmiş siyasət apararaq, bu gün Rusiya qarşısında sülhməramlı qüvvələrin vaxtından tez çıxarılması zərurətini yaratdı. Şair Ramaldanov “Rusiyanın sülhməramlı qüvvələri hələ burada yerləşəndə çox saylı fikirlər var idi. Az adam deyirdi ki, “Rusiya sülhməramlı qüvvələri 2025-ci ildə burdan çıxıb gedəcək”. Hamısı deyirdi ki, Rusiya sülhməramlı qüvvələri bura daxil olub, amma buradan çıxmayacaq. Bunu Rusiyanın da tanınmış ekspertləri də deyib. Qərbin ekspertləri də dəfələrlə bu mövzuda fikirlər səsləndirib. Ancaq Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev həmişə vurğulayırdı ki, “Azərbaycan dövləti Qarabağ iqtisadi rayonu ilə bağlı bu məsələləri elə bir nizamla etməlidir ki, başqalarının fəaliyyətinə ehtiyac olmasın”-deyə ekspert bildirib. Polkovnik qeyd edib ki, bu istiqamətdə aparılan iş Azərbaycanın atdığı düşünülmüş addım idi. Bir günlük lokal antiterror tədbirlərinin aparılması və erməni separitziminin Azərbaycan ərazisində kökünü kəsməsi, qanunsuz silahlıların Azərbaycandan tərksilah edilərək çıxarılması cəsarətli addımlar idi. “Qalanını da mən deyərdim ki, ermənilər özləri etdilər. Qarabağ iqtisadi rayonunda yaşayan erməniləri, özlərinin apardığı təbliğat nəticəsində və (eyni zamanda burada məcburiyyət elementləri də var) məcbur edərək, qorxudaraq Qarabağda yaşayan erməni sakinlərini evlərindən didərgin salaraq, Qarabağdan çıxardılar. O sakinlər buradan Azərbaycan tərəfindən heç bir təzyiq olmadan çıxıb getdilər. Bu da onların şəxsi seçimi idi. Qalan azsaylı ermənilər Azərbaycana inteqrasiyada iştirak etdi”-deyən ekspertin fikrincə, Azərbaycan dövlətinin Qarabağda apardığı siyasət çox unikal bir siyasət idi. Prinsipcə, sülhməramlı qüvvələrin də missiyası artıq faydasız olurdu. “Azərbaycanın torpaqlarını, yaşayış məntəqələrini işğalçı ermənilər ələ keçirərək onları qarət edib, darmadağın edib, daşı daş üstündə qoymadılar. Ancaq Azərbaycan dövlətinin müvafiq qurumları ermənilərin qoyub getdiyi evləri və mülkləri qorudu. Belə olduğu halda istər Qərbin, istər Rusiya sülhməramlı qüvvələrinin burada yerləşməsinə ehtiyac olmadı. Çünki Rusiyanın sülhməramlı qüvvələrinin apardığı missiyanı Azərbaycan dövləti özü öz üzərinə götürdü. Və göstərdi ki, Azərbaycanda bütün xalqlar sayından asılı olmayaraq, o cümlədən erməni əsilli sakinlər Azərbaycan qanunları çərçivəsində və bərabər hüquq əsasında qorunurlar. Onların təhlükəsizliyi də tam təmin olunur. 1 günlük lokal antiterror tədbirindən sonra Rusiya sülhməramlı qüvvələrinin postlarının sayı azaldıldı, sonra onlar ümumiyyətlə gedərək, öz şəhərciyində oturdular. Artıq onların fəaliyyəti üçün bir zəmin yox idi. Fəaliyətsizliyi də göz qabağında idi. “Rusiya dövləti Azərbaycanın Rusiya ilə olan dostluq münasibətlərini də nəzərə alaraq, Rusiya bu gün öz hərbçilərinə başqa istiqamətlərdə ehtiyacı olması zərurəti ilə bu qərarı qəbul etdi. Və özləri dediyi kimi artıq Rusiyanın sülhməramlı qüvvələri Azərbaycanda sülhməramlı missiyası ilə bağlı tapşırığı tam şəkildə yerinə yetirdilər. Sülhməramlılar Rusiyanın cənub dairəsindən olan bir hərbi hissə idi. Onların artıq ezamiyyət müddəti qutarıb. Artıq öz kazarmalarına daimi xidmət yerlərinə qayıdırlar”-deyə hərbi ekspert əlavə edib. İradə Cəlil, Bizimyol.info

Seçilən
64
bizimyol.info

1Mənbələr