“Rusiya ilə görüşməmək kimi planımız yoxdu” – Paşinyan
“Rusiya hökumətinin nümayəndələri ilə görüşməmək kimi planımız yoxdu”.
Yeniavaz.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın baş naziri ilə Rusiya prezidenti arasında təmas olacağına və orada ikitərəfli münasibətləri açıq şəkildə müzakirə etmək mümkün olacağına ümid etdiyini bildirib.
“Görüş olacaq, çünki görüşməmək kimi planımız yoxdur. Amma nə vaxt və necə olduğunu indi deyə bilmərəm”, - Paşinyan bildirib.