AZ

"Zirə" 10 nəfərlə "Neftçi"ni məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun daha bir oyunu keçirilib.
"Ölkə.az" xəbər verir ki, günün ikinci matçında "Zirə" "Neftçi"ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qartallar"da 43-cü dəqiqədə Rəhim Sadıxov, 78-ci dəqiqədə Fuad Bayramov, 85-ci dəqiqədə Vladislav Kulaç fərqlənib. "Ağ-qaralar"da yeganə qolu 19-cu dəqiqədə penaltidən Emin Mahmudov vurub.
Bundan əlavə, qəsəbə təmsilçisində Ceyhun Nuriyev 67-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Qələbə sayəsində xallarının sayını 49-a çatdıran "Zirə" ikinci pilləyə yüksəlib. "Neftçi" isə dördüncü sıraya enib.
Qeyd edək ki, günün ilk matçında "Qarabağ" "Qəbələ" ilə heç-heçə edib - 2:2. Ötən gün "Sumqayıt" səfərdə "Turan Tovuz"a qalib gəlib - 4:1. XXXI tur aprelin 21-də başa çatacaq.

Seçilən
130
11
paralel.az

10Mənbələr