AZ

Premyer Liqa: "Liverpul" London səfərində üç vacib xal qazanıb

Premyer

Bakı, 21 aprel, AZƏRTAC

İngiltərə Premyer Liqasında 34-cü turun növbəti oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, çempionluq mübarizəsi aparan "Liverpul" London səfərində "Fulhem"i 3:1 hesabı ilə məğlub edib.

Günün digər oyunlarında "Everton" "Nottingem Forest"ə 2:0, "Aston Villa" "Bournmut"a 3:1, "Kristal Pelas" isə "Vest Hem"ə 5:2 hesabı ilə qalib gəlib.

Hazırda turnir cədvəlinə 74 xalla "Arsenal" başçılıq edir. Eyni xala malik "Liverpul" ikinci, rəqiblərindən bir oyun az keçirən "Mançester Siti" isə 73 xalla üçüncü pillədə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
218
50

1Mənbələr

Şərh ()
Bağla