AZ

Şri-Lankada yarış avtomobili trasdan çıxıb, yeddi nəfər ölüb

Şri-Lankada yarış zamanı avtomobil trasdan çıxaraq tamaşaçıların üzərinə gedib.

APA xəbər verir ki, bu barədə "Newsfirst" məlumat yayıb.

Hadisə Diyatalava şəhərində baş verib.

Hərbi qarnizonun ərazisindəki adada keçirilən "Fox Hill Super Cross" dairəvi yarışında yeddi nəfər ölüb, 20-dən çox insan yaralanıb.

Yarışı izləməyə 100 mindən çox insanın gəldiyi qeyd edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
3
apa.az

4Mənbələr