Ermənistanın “Döyüş Qardaşlığı” təşkilatının 5 üzvü saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə təşkilata istinadla erməni mediası yazıb.
Bildirilib ki, üzvləri olan Masis Şiroyan, Arman Petrosyan, Qor Asatryan, Henrik Mkrtçyan, Aramais Ağabekyanı İncəsu (Noyemberyan) polis bölməsinə gətirib.
Qeyd edək ki, “Döyüş qardaşlığı” Qazaxın işğalda olan rayonlarının geri qaytarılmasına qarşı çıxan qurumdur. Bu qruplaşma faktiki olaraq muzdluların toplaşdığı terror təşkilatıdır.