AZ

A Seriyası: “Fiorentina” və “Atalanta”dan səfər qələbəsi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 33-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.

“Torino” – “Frozinone” matçında qapılara qol vurulmayıb.

“Sassuolo” evdə “Leççe”yə, “Salernitana” isə “Fiorentina”ya məğlub olub.

Üç qolun qeydə alındığı “Montsa” – “Atalanta” matçında da qonaqlar qələbə qazanıblar.

33-cü turun qalan oyunları sabah keçiriləcək.

İtaliya, A Seriyası
33-cü tur
19 aprel

Cenoa – Latso 0:1
Qol: Luis Alberto, 67.

Kalyari – Yuventus 2:2
Qollar: Qaetano, 30-pen. Mina, 36-pen – Vlahoviç, 61. Dossena, 87-öz qapısına.

20 aprel

Empoli – Napoli 1:0
Qol: Çerri, 4.

Verona – Udineze 1:0
Qol: Koppola, 90+3.

21 aprel

Sassuolo – Leççe 0:3
Qollar: Gendrey, 11. Dorqu, 15. Pikkoli, 61.

Torino – Frozinone 0:0

Salernitana – Fiorentina 0:2
Qollar: Kuame, 80. İkone, 90+5.

Montsa – Atalanta 1:2
Qollar: Maldini, 89 – De Ketelare, 44. Ture, 72.

22 aprel

20:30. Roma – Bolonya
22:45. Milan – İnter

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
43
arena.az

10Mənbələr