AZ

PSJ doğma meydanda “Lion”u darmadağın etdi - VİDEO

Fransa çempionatının 30-cu turunun matçında PSJ öz stadionunda “Lion”a 4:1 hesabı ilə qalib gəlib.

Oxu.Az xəbər verir ki, ilk hissədə rəqiblər hərəyə beş qol vurublar. Artıq oyunun əvvəlində Lukas Beraldo PSJ-nin ilk qolunu vurub, Nemanya Matiç isə topu öz qapısına göndərib. Həmçinin, Qonsalu Ramuş dubl edib, “Lion”un heyətində isə Ernest Nuama fərqlənib. Fasilədən sonra tabloda hesab dəyişməyib.

PSJ Liqa 1-in turnir cədvəlində inamla liderlik etməyə davam edir. “Lion” isə səkkizinci yerdədir.

Fransa çempionatının növbəti turunda PSJ “Loryan”, “Lion” isə “Monako” ilə qarşılaşacaq.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
oxu.az

1Mənbələr