AZ

"El-Klassiko": "Real Madrid" "Barselona"nı məğlub edib

Bakı, 22 aprel, AZƏRTAC

İspaniya La Liqasının XXXII turunda növbəti oyun keçirilib.

AZƏRTAC xəbər verir ki, turun mərkəzi matçı "Real Madrid" və "Barselona" arasında baş tutan "El-Klassiko" olub. "Santyaqo Bernabeu" stadionunda reallaşan görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2.

Derbidə hesabı 6-cı dəqiqədə qonaqların heyətində Andreas Kristensen açıb. 18-ci dəqiqədə Vinisius Junior penaltidən tablodakı rəqəmləri bərabərləşdirib. Fermin Lopez 69-cu dəqiqədə yenidən komandasını önə keçirib. 73-cü dəqiqədə Lukas Vasqes hesabı 2:2 edib. Geri dönüş edən "kral klubu"nun qələbə qolunu 90+1-ci dəqiqədə Cud Bellinqem vurub.

Bu nəticədən sonra xallarını 81-ə çatdıran "Real Madrid" turnir cədvəlinə başçılıq edir. "Barselona" 70 xalla ikinci, 68 xallı "Jirona" isə üçüncü pillədə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
50

1Mənbələr

Şərh ()
Bağla