AZ

“El Klasiko”da sevinən tərəf “Real Madrid” oldu - VİDEO

İspaniya La Liqasının 32-ci turunun “Real” və “Barselona” komandalarının qarşılaşması başa çatıb.

Oxu.Az xəbər verir ki, komandalar Madriddəki “Santyaqo Bernabeu” stadionunda qarşılaşıblar. “Real” 3:2 hesabı ilə qalib gəlib.

Altıncı dəqiqədə “Barselona”nın müdafiəçisi Andreas Kristensen hesabı açıb. 18-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Vinisius Junior penaltini dəqiq yerinə yetirib. 69-cu dəqiqədə yarımmüdafiəçi Fermin Lopes Martin “Barselona”nı hesabda önə keçirib. “Real” 73-cü dəqiqədə müdafiəçi Lukas Vaskesin səyi ilə hesabı bərabərləşdirib. Meydan sahiblərinə qələbəni 90+1-ci dəqiqədə qola imza atan yarımmüdafiəçi Cud Bellinqem gətirib.

“Real” 2023/2024 mövsümü üçün La Liqanın turnir cədvəlində birinci yeri tutur. Komanda 32 matçda 81 xal toplayıb. “Barselona” isə 70 xalla ikinci yerdədir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
50
oxu.az

10Mənbələr