Fransa Liqa 1-in 30-cu turunda PSJ və "Lion" komandaları qarşılaşıb.
Sfera.az bildirir ki, Parisdəki “Park des Princes” stadionunda baş tutan matç PSJ-nin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahiblərinin qollarını müdafiəçi Lukas Beraldo və hücumçu Qonçalo Ramos vurub. Qonaqların heyətində isə yarımmüdafiəçi Ernest Nuama fərqlənib.
Qeyd edək ki, PSJ 2023/2024 mövsümü üçün Fransa Liqa 1 turnir cədvəlində birinci yerdədir. Komanda 29 matçda 66 xal toplayıb.
"Lion" isə 30 oyundan sonra 41 xalla səkkizinci yerdədir.
Fatimə Lətif