AZ

Azərbaycan Rusiyanın Ermənistanla bağlı planlarında yer almır

Azərbaycan Rusiyanın Ermənistanla bağlı planlarında yer almır və gələcək perspektivdə də almayacaq. Azərbaycana Ermənistanla sülh müqaviləsi lazımdır və bu istiqamətdə irəliləyişə nail olunur.

Rusiyanin Zəngəzur yoluna nəzarəti və bu yolun güc yolu ilə açılması kimi spekulyasiyalara son qoyuldu. Moskva Azərbaycandan yalnız iqtisadi əlaqələri özündə ehtiva edən Avrasiya ittifaqına üzv olmağı xahiş edə bilər. İqtisadi əlaqələri və inteqrasiyanı özündə ehtiva edən Avrasiya İttifaqına üzvlüklə bağlı məsələlərə növbəti mərhələdə baxıla bilər.

Ümumi götürdükdə, Moskva - Bakı əlaqələrində xüsusi böhran və problem qalmayıb. Rusiya sülhməramlı qüvvələrini Azərbaycandan çıxarmaqla, Cənubi Qafqazda 300 ilə yaxın geosiyasi mövqelərini itirib. Rusiya bundan sonra Mərkəzi Asiya və Cənubi Qafqazla bağlı siyasətində yumuşaq gücdən istifadə edəcək. Çünki, hərbi gücü Ukraynada tükədir.

Məhəmməd Əsədullazadə

visiontv.az



Seçilən
100
visiontv.az

1Mənbələr