Demokrat.az xəbər verir ki, bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
“Heç də təsadüfü deyil ki, Azərbaycanın üzv olduğu, ya olmadığı istənilən regional və beynəlxalq xarakterli görüşlərə cənab İlham Əliyev dəvət olunur və qiymətli fikirləri alınır. Hətta görürük ki, Prezidentimiz dost dövlətlərin təşkil etdiyi daxili tədbirlərdə belə ali qonaq qismində iştirak edir. Təbii ki, bütün bunlar bilavasitə dövlətimizin başçısının şəxsi nüfuzu ilə əlaqədardır. Prezident İlham Əliyevin iştirak etdiyi növbəti belə tədbir aprelin 22-də Moskvada Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə təşkil olunan görüş oldu. Bildiyimiz kimi, BAM indiyə qədər dünya miqyasında həyata keçirilən ən nəhəng nəqliyyat layihələrindən biridir. Və bu layihənin ərsəyə gəlməsində azərbaycanlıların dərin zəhməti və fədakar əməyi danılmazdır. Bunun bariz nümunəsi BAM-in üzərində salınan iki qəsəbədir. Belə ki, Ulkan və Anqoy qəsəbələrini məhz azərbaycanlılardan ibarət briqadalar inşa edib və özü də nəzərdə tutulan vaxtdan iki ay tez işi təhvil veriblər”, - AHİK sədri qeyd edib.
Onun sözlərinə görə, həmin nəhəng magistraldan danışarkən ilk növbədə yada Vətənimizin böyük oğlu, qurucu, ayaq qoyduğu hər bir yerə inkişaf, tərəqqi gətirmiş Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev düşür:
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
8Mənbələr
-
modern.azBAM-in ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri olub ( 5751795)
-
azertag.azBAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləriŞƏRH ( 5751027)
-
az.trend.azBAM-in ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri olub - Səttar Möhbalıyev ( 5749443)
-
pravda.azSəttar Möhbalıyev: “BAM-in ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri olub” ( 5748741)
-
demokrat.az“BAM-in ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri olub” ( 5748171)
-
qaynarinfo.azSəttar Möhbalıyev: "BAM-in ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri olub" ( 5748456)
-
manset.az“BAM-in ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri olub” - Səttar Möhbalıyev ( 5747973)
-
redaktor.az“BAM-in ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri olub” ( 5747152)