AZ

ABŞ-dən İrana qarşı yeni SANKSİYA

ABŞ kritik infrastruktura kiberhücumlarda iştirak etdiyi iddia edilən İrandan iki şirkət və dörd şəxsə qarşı sanksiyalar tətbiq edib.

Redaktor.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Sənəddən məlum olduğu kimi, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kiber komandanlığının rəhbəri də daxil olmaqla, iki şirkət və dörd şəxsə məhdudiyyətlər qoyulub. ABŞ Xəzinədarlığı onların "10-dan çox ABŞ şirkəti və dövlət qurumuna" təsir edən "zərərli kiber fəaliyyətdə" iştirak etdiyini bildirir. Öz növbəsində ABŞ Dövlət Departamenti bu kiberhücumların hədəfinin həm də üçüncü ölkələrdəki şirkətlər olduğunu bildirib.

Sanksiya siyahısına daxil edilməsi ABŞ-dəki aktivlərin dondurulması və Amerika vətəndaşlarının və şirkətlərinin bu işdə iştirak edənlərlə iş aparmasının qadağan edilməsi deməkdir.

T.İSMAYIL

Seçilən
198
50
redaktor.az

10Mənbələr