Azərbaycan avarçəkəni Əlimurad Hacızadə Türkiyənin Muğla şəhərində keçirilən “Bahar Kuboku” turnirində iki medal qazanıb.
Federasiyadan İnterpress.az-a verilən məlumata görə, birincilikdə Türkiyənin əksər şəhər və regionlarından 200 nəfərdən artıq idmançı mübarizə aparıb.
Əlimurad Hacızadə bir nəfərlik kayak qayığında 200 və 500 metr məsafələrə yürüşlərdə üçüncü yer tutub.