AZ

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Bakı. Trend:

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal RəşidAzərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29)iştiraka dəvət olunub. Prezident İlham Əliyev tərəfindən İraqliderinə ünvanlanmış dəvət məktubunu Azərbaycanın İraqdakı səfiriNəsir Məmmədov bu ölkənin Prezidentinə təqdim edib.

Səfirlikdən Trend-ə bildiriblər ki, İraq Prezidenti dəvətməktubunu məmnuniyyətlə qəbul edib və COP-29 kimi qlobal xarakterlitədbirə dəvət aldığı üçün Azərbaycan Prezidentinə təşəkkürünübildirib.

Görüş zamanı Azərbaycan ilə İraq arasındakı əlaqələrin gələcəkperspektivləri barəsində geniş fikir mübadiləsi aparılıb.

Seçilən
165
11
az.trend.az

10Mənbələr