Sıktıvkar Şəhər Məhkəməsi Rusiyada xarici agent kimi tanınan, ekstremist və terrorçular siyahısına daxil edilmiş şahmat üzrə keçmiş dünya çempionu Qarri Kasparov, Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov, ekoloji fəal Yevgeniya Çirikovo və siyasətçi İvana Tyutrinanı qiyabi həbs edib.
Publika.az xəbər verir ki, bu barədə şəhər məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
Onların barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslərin həbsdə saxlanma müddəti onların tutulduğu andan, əgər onlar xarici ölkədə saxlanılıbsa, Rusiya hüquq-mühafizə orqanlarına təhvil verildiyi andan hesablanır.
Onların hər biri, rolundan asılı olaraq terror cəmiyyəti yaratmaqda, ona rəhbərlik etməkdə, terrorçuluq fəaliyyətini maliyyələşdirməkdə və onlara ictimai bəraət qazandırmaqda ittiham olunurlar.