AZ

“Toyota” ötən maliyyə ilində avtomobil istehsalında rekord vurub

“Toyota”

Bakı, 25 aprel, AZƏRTAC

Yaponiyanın ən böyük avtomobil istehsalı korporasiyası olan “Toyota” ötən maliyyə ilində (2023-cü ilin aprel - 2024-cü ilin mart ayları) dünya üzrə zavodlarında 9,97 milyondan çox avtomobil istehsal edib. Bu da şirkətin bütün mövcudluğu dövründə rekord göstərici olub.

AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin rəsmi hesabatında bildirilir.

Hesabata görə, əvvəlki illə müqayisədə istehsalın həcmi 9,2 faiz artıb. Bununla belə, korporasiya planlaşdırdığı 10,1 milyon nəqliyyat istehsalına nail ola bilməyib. Bu, xüsusən də tədarükçü zavodlarında, eləcə də “Toyota Motor” qrupuna daxil olan firmalardan birində məlumat fırıldaqçılığı və digər qalmaqallar nəticəsində yaranan problemlərlə bağlı olub.

2023-cü maliyyə ilində “Toyota” dünya üzrə 10,3 milyondan çox avtomobil satıb ki, bu da korporasiya üçün rekord göstərici hesab olunur. Məhsul satışının həcmi əvvəlki ilə nisbətən 7,3 faiz artıb. Bu, ABŞ, Aİ ölkələrində və Yaponiyanın özündə sabit tələbatla bağlı olub. Eyni zamanda, ən böyük avtomobil bazarı olan Çində də satışlar azalıb.

Hesabatda qeyd edilib ki, hazırda dünyada hibrid benzin-elektrik avtomobillərinə tələbat böyükdür.

Seçilən
54
6
azertag.az

7Mənbələr