Vətəninfo.az xəbər verir ki, KTMT-nin baş katibi İmanqali Tasmaqambetov bəyan edib ki, Ermənistanın təşkilatdan çıxacağı təqdirdə Cənubi Qafqazda qüvvələr nisbəti dəyişə bilər.
“Ermənistanın KTMT-dən çıxması halında Cənubi Qafqazda qüvvələr nisbəti dəyişə bilər, lakin bu halda regional təhlükəsizlik faktorları fəaliyyət göstərəcək, onların təsirini indi proqnozlaşdırmaq və hesablamaq kifayət qədər çətindir”, o qeyd edib.
O, həmçinin qeyd edib ki, Ermənistan həqiqətən də KTMT-nin fəaliyyətində iştirakını məhdudlaşdırıb, lakin əsas qarşılıqlı fəaliyyət mexanizmləri işləyir və təşkilatın gündəliyi ilə bağlı iş davam edir.