AZ

Firuzə İbadovadan QƏTİ QƏRAR: “Sənətdən getməyə ixtiyarım yoxdur, amma bir də…”

“Mən yenə də səhnədə olacam və gözəl sənətimlə, musiqilərimlə xalqıma xidmət etməyə davam edəcəm. Çünki sənətdən getməyə ixtiyarım yoxdur. Bunu xalqım, sevənlərim mənə bağışlamaz. Sadəcə olaraq, sənət dostum, qardaşım Cavanşir Məməmdovdan sonra bir daha heç kimlə duet oxumayacam”.

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış müğənni, Əməkdar artist Firuzə İbadova deyib.

İllərin sənətkarı səhnədən getməsi ilə bağlı yayılan xəbərə aydınlıq gətirib. Aygün Bəylərin dünyadan köçməsindən sonra hələ də özünə gələ bilmədiyini deyən müğənni və sənət dostu Cavanşir Məmmədovun qəfil ölümündən şok keçirdiyini və üzüntü yaşadığını bildirib:

“Qardaşımın, sənət dostumun yoxluğu ilə özümü birqanadlı quş kimi hiss edirəm. Həvəsdən düşmüşəm. Çox üzgünəm. Aygün Bəylərdən sonra Cavanşir Məmmədovun dünyadan köçməsi mənə ikinci zərbə oldu. Ondan sonra heç kimlə duet oxumaram. Duet oxumağım bitdi, amma bu o demək deyil ki, səhnə ilə vidalaşıram. Xeyr, mən sənətə duet oxumaqla gəlməmişəm. Şükür Allaha, səsim yerində, görünüşüm yerində, niyə səhnədən gedim ki?.. Bəlkə də bəziləri sevinir ki, Cavanşir Məmmədov getdisə, Firuzə İbadova da səhnədən getdi.

Mənim sənətim heç yerə getməyib. Məni sevən xalqım bunu mənə bağışlamaz. Bu səs Allahın mənə bəxş etdiyi lütfdür, səhnədən getməyə mənim ixtiyarım çatmır. Yenə də təkrar edirəm səhnədən getmirəm, sadəcə olaraq, bir də duet oxumayacam”.

Cəvahir

Seçilən
99
yenicag.az

1Mənbələr