AZ

SEPAH-a işləməkdə şübhəli bilinən şəxs həbsə olunub

Peru məhkəməsi SEPAH-ın Qüds Qüvvələrinə üzvlükdə şübhəli bilənən Məcid Əzizi və onunla əlbir olan 2 perulu barədə ilkin olara 18 ayadək həbs qərarı çıxarıb.

Onlar Peru sakinləri olan 2 israillini öldürməyi planlaşdırmaqda ittiham olunurlar.

Hakim Migel Kovodo qərarını aprelin 23- çıxarıb. Hakim həbs olunanların 2 İsrail vətəndaşını öldürmə motivlərinin bəlli olmadığını deyib. 

Lakin Polis və prokuror iranlı Məcid Əzizinin SEPAH-ın Qüds Qüvvələri üzvü olduğunu güman edirlər. Polisin məlumatına əsasən Əzizi ölkədə evlənmək yolu ilə Peru vətəndaşlığını alıb. 
مجید

Xatırladaq ki, Peru polisi amrtın 8-də Əzizinin saxlanılmasının beynəlxalq təhlükəsizlik idarələri ilə koordinasiya olunaraq həyata keçirildiyini deyib

Məcid Əzizi ölkənin paytaxtı Limada Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) ofisinə terrorist həmlə planlaşdırması ittihamı ilə bir müddət əvvəl Terrorizmlə Mübarizə İdarəsi tərəfindən saxlanılıb.

visiontv.az



Seçilən
88
visiontv.az

1Mənbələr