Peru məhkəməsi SEPAH-ın Qüds Qüvvələrinə üzvlükdə şübhəli bilənən Məcid Əzizi və onunla əlbir olan 2 perulu barədə ilkin olara 18 ayadək həbs qərarı çıxarıb.
Onlar Peru sakinləri olan 2 israillini öldürməyi planlaşdırmaqda ittiham olunurlar.
Hakim Migel Kovodo qərarını aprelin 23- çıxarıb. Hakim həbs olunanların 2 İsrail vətəndaşını öldürmə motivlərinin bəlli olmadığını deyib.
Lakin Polis və prokuror iranlı Məcid Əzizinin SEPAH-ın Qüds Qüvvələri üzvü olduğunu güman edirlər. Polisin məlumatına əsasən Əzizi ölkədə evlənmək yolu ilə Peru vətəndaşlığını alıb.
Xatırladaq ki, Peru polisi amrtın 8-də Əzizinin saxlanılmasının beynəlxalq təhlükəsizlik idarələri ilə koordinasiya olunaraq həyata keçirildiyini deyib
Məcid Əzizi ölkənin paytaxtı Limada Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) ofisinə terrorist həmlə planlaşdırması ittihamı ilə bir müddət əvvəl Terrorizmlə Mübarizə İdarəsi tərəfindən saxlanılıb.
visiontv.az