AZ

Türk dövlətləri parlamentlərinin nümayəndə heyətləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO)

Bakı. Trend:

Azərbaycanda səfərdə olan Türk dövlətləri parlamentlərininxarici əlaqələr komitələri sədrlərinin birinci iclasında iştirakedəcək qonaqlar aprelin 25-də Fəxri xiyabana gələrək xalqımızınÜmummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı vəqurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib,məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, sonra nümayəndəheyətləri Şəhidlər xiyabanına gələrək, ölkəmizin azadlığı vəsuverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətənövladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tərçiçəklər düzüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsiniseyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızdaaparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Nümayəndə heyətləri sonra 1918-ci ildə Azərbaycanın ərazibütövlüyü və Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olmuşqəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi”abidəsini ziyarət edib, gül dəstələri düzüblər.

Ziyarət zamanı nümayəndə heyətlərini Milli Məclisin Beynəlxalqmünasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri SəmədSeyidov və digər rəsmi şəxslər müşayiət ediblər.

Türk
Türk
Türk
Türk
Türk
Türk
Türk
Türk
Türk
Türk
Məqalədə:
Seçilən
150
4
az.trend.az

5Mənbələr