ABŞ son həftələrdə Ukraynanı gizli şəkildə ATACMS uzaqmənzilli raketlərlə təchiz edib.
Ölkə.Az xəbər verir ki, bu məlumatı ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan "Amerikanın Səsi"nə açıqlamasında təsdiqləyib.
O həmçinin daha çoxunun göndəriləcəyini bildirib.
ABŞ administrasiyasındakı mənbənin sözlərinə görə, 300 km-ə qədər məsafəni vuran ATACMS raketlərinin prezident Co Baydenin martın 12-də təsdiqlədiyi Ukraynaya 300 milyon dollarlıq hərbi yardım paketinə daxil edildiyini və keçən həftə Ukrayna onları ilk dəfə istifadə edib.
300 km-ə qədər məsafəyə malik ATACMS-in göndərilib-göndərilməməsi məsələsinə gəldikdə isə bildirilib ki, orta mənzilli ATACMS keçən ilin sentyabrında təhvil verilib.
Adının açıqlanmasını istəməyən mənbə bildirib ki, Ukrayna onlardan ilk dəfə aprelin 17-də Krımda Rusiya aerodromunu atəşə tutulmasında istifadə edib.
Mürtəza
Ölkə.az