AFFA Gənclər Liqasının qalibi müəyyənləşib.
Ednews xəbər verir ki, Liqanın 31-ci turunda evdə “Kəpəz”i 5:0 hesabıyla məğlub edən “Sabah”ın U-19 komandası mövsümün sonuna 2 tur qalmış çempionluğunu rəsmiləşdirib.
Bununla da “Sabah” növbəti mövsümdə Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək.
Qeyd edək ki, son 6 mövsümdür Gənclər Liqasının qalibi "Qəbələ" olurdu.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta