AZ

Laçın və Zabux sakinlərinə məşğul ola biləcəkləri 40-dan çox peşə təqdim edilib

Azad olunmuş ərazilərdə ilk dəfə olmaqla Laçında “Laçında peşə öyrən!” adlı peşə yarmarkası keçirilib.

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

Peşə yarmarkasında Laçın şəhəri və Laçının Zabux kəndi əhalisinə rayonda fəaliyyət göstərən 15-ə yaxın işəgötürən tərəfindən 40-dan çox peşə istiqaməti təqdim olunub, master-klaslar keçirilib.

Yarmarkaya qatılan şəxslərə peşələr barədə və həmin istiqamətlər üzrə tədrisin həyata keçirildiyi müəssisələr barədə məlumat verilib.

Bildirilib ki, Agentlik işğaldan azad olunmuş ərazilərimizin sakinləri üçün peşə kurslarının təşkili işlərini davam etdirir. Kurslara cəlb edilən şəxslərə əmək bazarının tələblərinə uyğun peşələr üzrə bilik və bacarıqlar öyrədilir. Kursları bitirənlərin işlə təminatına da dəstək göstərilir.

Seçilən
68
2
report.az

3Mənbələr